Türkiyə KİV-nin məlumatına görə, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyadakı mitinqdə bəyan edib ki, təkcə Amerika Birləşmiş Ştatlarının (ABŞ) istəyinə görə ölkəsi S-400 «Triumf» zenit-raket sistemlərindən (ZRK) imtina etməyə hazırlaşmır («TRT» telekanalı).
«Biləşmiş Ştatlar kiminlə danışdığını bilmir. Siz dediniz ki, S-400-ləri Rusiyaya geri göndərin. Ancaq biz, qəbilə dövləti deyilik, biz,Türkiyəyik» - Ərdoğan bəyan edib.
Oktyabrın əvvəlində NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəni alyansla əməkdaşlıq etməyə çağırıb ki, Rusiya S-400-lərinə əvəz tapsınlar. O, deyib ki, NATO Türkiyənin bu sistemləri əldə etməsinin və NATO sistemlərindən ayrıca istifadə etmək niyyətinin nətcələrindən narahatdır. Belə ki, Türkiyə milli müdafiə naziri Hülusi Akar bundan əvvəl bəyan etmişdi ki, ölkəsi S-400 sistemlərini NATO sistemlərindən ayrılıqda istifadə edəcək - nədən ki, alyans üzvləri Rusiya S-300 sistemlərini artıq Yunanıstanda və Krit adasında yerləşdiriblər.
AzPolitika.info


Şərhlər
BU GUNU BIZE QISMET EDEN ALLAHIMIZA SUKIRLER OLSUN. DUNYANIN LIDER DOVLETI OLASAN INSALLAH CANIMIZ TURKIYEMIZ
Halal olsun. Min yasha Turkiye.