Menu

Kremldən ABŞ-ın Dağlıq Qarabağda atəşkəs bəyanatına münasibət bildirilib

26.10.2020, 14:38
Kremldən ABŞ-ın Dağlıq Qarabağda atəşkəs bəyanatına münasibət bildirilib

“Kremldə Qarabağdakı vəziyyəti diqqətlə izləyirlər və hesab edirlər ki, bu münaqişənin sülh yolundan başqa həlli ola bilməz”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda biz münaqişə tərəflərinin təmas zonasındakı vəziyyəti diqqətlə izləməyə davam edirik. Əvvəlki kimi, hesab edirik ki, bu problemin sülh yolundan başqa həll yolu ola bilməz”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Dmitri Peskov ABŞ-ın Dağlıq Qarabağ münaqişə zonasında atəşkəslə bağlı bəyanatına da münasibət bildirib: “Qarabağ böhranının nizamlanması prosesi çox kəskin mərhələdədir. Bu münaqişə hansısa qarşıdurma və rəqabət üçün yer olmamalıdır. Əlbəttə ki, Rusiya həmsədr ölkə kimi müharibəni dayandırmağa kömək edəcək bütün addımları alqışlamağa hazırdır”.

Şərhlər

Xanim 2020-10-27 07:14:18

Qarabağa Xocalıya ədalət

Xalq 2020-10-26 17:42:08

imkan ver torpaqlarımızı azad edək sonrası sənin dediyin kimi sülh yolu ilə olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol