Menu

Türkiyəyə investisiya yatırın!..." - Millət vəkili iş adamlarına çağırış etdi

26.10.2020, 16:39
Türkiyəyə investisiya yatırın!..." - Millət vəkili iş adamlarına çağırış etdi

"Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır. Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi də azalmaqdadır. Ötən ilə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib. 

O, Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstək verməsinin qardaş dövlətə təzyiqləri daha da artırdığını xatırladıb: "Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur".

Türkiyənin cəlb etdiyi xarici birbaşa invesitisiyaların cəmi 4.2 faizinin Azərbaycanlı iş adamlarının payına düşdüyünü xatırladan millət vəkili, xaricə sərmayə yönəldən sahibkarlarımızı Türkiyəyə investisiya etməyə çağırıb: "Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhvə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər".

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol