Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızla bağlı videoçarx hazırlamağa davam edir.

Budəfəki videoçarxlar əsgər Məmmədov Ruslan Arzu oğlu, əsgər Saralov Əmrah Rəhim oğlu və Məmmədov Şəmşir Mübariz oğluna həsr edilib.

Videoçarxda bildirilib ki, döyüşün müqəddəratını həll edən amillərdə bu hərbçilərimiz xüsusilə fəqlənir. 

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızdan ikisi ilə bağlı videoçarxlar hazırlayıb.