Menu

Maliyyə Nazirliyindən düşmənin uğursuz təxribatı ilə bağlı açıqlama

27.10.2020, 13:29
Maliyyə Nazirliyindən düşmənin uğursuz təxribatı ilə bağlı açıqlama

Azərbaycan Ordusunun sarsıdıcı zərbələri altında məğlub olan və işğal etdiyi torpaqlardan qovulan Ermənistan tərəfi Azərbaycana qarşı digər sahələrdə də təxribatlarını davam etdirir.

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub da məhz  Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır və saxtadır.

Bu barədə Maliyyə Nazirliyindən "AzPolitika.info"ya veilən məlumatda bildiilir.   

Nazirllikdən bildiririli ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib: "Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir.

Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol