ERMƏNİSTANDAN NÖVBƏTİ HƏRBİ CİNAYƏT: BƏRDƏYƏ RAKET ATDI - 4 nəfər ölüb, 13 nəfər yaralanıb (Yenilənib)

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Raket atəşi nəticəsində ölənlərin sayı isə 4 nəfərdir.

***

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.

***

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində iki nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya aparılıb. Yaralılardan içərisində azyaşlılar da var.

635x100

Şərhlər

Xalq 2020-10-27 19:06:24

Bu qədər ölümlərin qisası Laçının alınması olacaq!

Son yazılar