Menu

İrəvanın mərkəzində minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilir

10.10.2014, 19:44

Yerevan_170612_2İrəvanda müxalifəti dəstəkləyən minlərlə insan Azadlıq meydanında toplaşıb.

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, az əvvəl başlayan mitinqdə “parlament üçlüyü” adlanan müxalifət partiyaları – “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” partiyalarının tərəfdarları ölkədəki iqtisadi vəziyyətə, Serj Sarkisyan rejiminin siyasi xəttinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz edirlər.

Çıxışçılar üçün quraşdırılmış səhnədən 2008-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın keçirdiyi mitinqdə səsləndirilmiş melodiyalar eşidilir. “Serj, get” şüarı səslənən mitinqdə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın Kotay vilayətindən gələn tərəfdarlarının üstünlük təşkil etdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol