Menu

“Azərbaycan Vətən müharibəsi aparır” - Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü

27.10.2020, 22:21
“Azərbaycan Vətən müharibəsi aparır” - Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü

“Bəziləri bir vasitə kimi atəşkəs mexanizmini istifadə etməyə çalışdılar. Atəşkəs ermənilər tərəfindən dərhal pozuldu. Bununla da növbəti dəfə Ermənistanın diplomatiya, siyasi müzakirə istəməyən, təcavüzkarlıqla məsələni həll etmək istəyən tərəf olduğu görüldü”. “Hürriyət”in məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik deyib.

“Oktyabrın 23-nə qədər Ermənistanın Azərbaycandakı dinc əhalinin yaşadığı ərazilərə hücumu nəticəsində 63 dinc sakin həlak olub, 219 Azərbaycan türkü qardaşımız yaralanıb. Bizim üçün Azərbaycanın ərazi bütövlüyü qırmızı xəttimizdir.

Ermənistan təcavüzkar tərəfdir. Prezidentimiz hər istiqamətdə cənab Prezident İlham Əliyevlə görüşərək dəstəyini növbəti dəfə ifadə edir. 18-20 oktyabr tarixlərində parlamentimizin sədri Mustafa Şəntop Bakını ziyarət edərək Türkiyənin Azərbaycana dəstəyini göstərmişdir.

Həll yolu tapmaq istəyənlər ilk növbədə Ermənistanın işğalını masada müzakirə etməlidir. Qarabağ Azərbaycanın torpağıdır, Ermənistan işğalçıdır. Azərbaycan vətən müdafiəsi aparır”, - deyə Ömər Çelik bildirib

Şərhlər

minskin xristian üçlüyünə 2020-10-27 22:54:04

Azərbaycanı öz halal torpaqlarını azad etməyə qoymurlar misk üçlüyü xristian təəsübkeşliyinə görə. Görüm erməniyə niyə belə etmirlər bu xristian üçlük? gücü çatmır? bəs bizə niyə təzyiq göstərir bu üçlük? Ona görə ki, biz xristian deyilik həəəəəəəəəəəəəəəəəəəəəəə? Cavab verin 3-lük, hər üçünüzdən cavab gözləyirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol