Menu

Azərbaycanlı əsgərlər tərəfindən xilas edilən 85 yaşlı erməni qadın danışdı - VİDEO

28.10.2020, 09:23
Azərbaycanlı əsgərlər tərəfindən xilas edilən 85 yaşlı erməni qadın danışdı - VİDEO

Hadrutda ermənilərin atıb getdiyi 85 yaşlı erməni qadın danışıb.

Trend-in məlumatına görə, 1935-ci il təvəllüdlü Babayan Yevgeniya Pavlovna Azərbaycan əsgərlərinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, azərbaycanlılarla ermənilər əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəraitində yaşaya bilərlər:

"Müharibə başlayan zaman erməni əsgərləri bizi atıb getdi. Sağ olsun Azərbaycan əsgərləri, bizi xilas edərək Bakıya gətirdilər. Hazırda Bakıda hospitalda müalicə olunuram. Bizə burada yaxşı baxırlar. Mən inanıram ki, hər iki xalq əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəkilində yaşaya bilərlər".

Xatırladaq ki, Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevgeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviç Azərbaycan hərbiçiləri tərəfindən xilas edilib.

Şərhlər

X 2020-10-28 15:18:19

XEBER ALIN XOCALI SOYQIRIMINDA ESRLERIMIZIE EZABLAR VERENDE NECE QEHQEHE ILE SEYR EDIRDIN. BIZDEN SIZE YAR OLMAZ HOPPANIN

OXUCU 2020-10-28 12:43:52

Dığanın üzündən ifritəlik yağır.ay sən öləsən bu dəqiqə yetimçələrin bizə güllə atır.

Vaqif 2020-10-28 09:43:06

Ay millət,inanmayın! Bir yerləri qapı arasında qalanda quzuya dönürlər.Soruşun neçə oğlu.neçə nəvəsi var və haradadırlar? Onda biləsiniz nə ifritədir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol