Menu

Poroşenko Putinə məktub göndərən qubernatoru işdən çıxartdı

10.10.2014, 20:09
Poroşenko Putinə məktub göndərən qubernatoru işdən çıxartdı

Ukrayna prezidenti Petro Poroshenko Donetsk regionunun rəhbəri Serhiy Tarutanı tutduğu vəzifədən azad edib.

Poroshenko bunu Donetsk regionunda Kramatorsk şəhərinə səfəri zamanı elan edib.

Poroshenko bu vəzifəyə Oleksandr Kikhtenkonu təyin edib.

Tarutanın işdən azad olunmasına səbəb göstərilmir.Ancaq Ukraynanın UNİAN agentliyi bildirir ki, Tarutanın çıxarılmasına səbəb onun bu günlərdə 62 yaşı tamam olan Putinə təbrik məktubu göndərməsi ola bilər  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol