"Qarabağ" bu gün İstanbulda "Vilyarreal"la qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, I qrupunda yer alan Ağdam klubu ikinci sınağında İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gələcək.

"Köhlən atlar" Azərbaycandakı hərbi vəziyyətlə bağlı rəqibini Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Hər iki komandanın heyətində oyun öncəsi itkilər var. "Qarabağ"da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması da sual altındadır. "Vilyarreal"da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ik oyununda İsraildə Təl-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzub. La Liqa təmsilçisi isə evdə keçirdiyi görüşdə "Sivasspor"a qalib gəlib - 5:3.

UEFA Avropa Liqası

Qrup mərhələsi

II tur

21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) 

Hakimlər: Pavel Orel, Petr Blazej, Jiri Krij Dördüncü hakim: Andrey Pekanets (hamısı Çexiya) Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan) UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)

Qeyd edək ki, "Vilyarreal" 3 xalla qrupun lideridir. Xalı olmayan "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar