"Düşmən döyüş meydanından qorxaraq qaçır" - Prezidentin köməkçisi

“Dünən ermənilərin Bərdə şəhərinə hücumu nəticəsinə 21 nəfər həyatını itirib, 70-ə yaxın insan yaralanıb. Bu, müharibə cinayətidir, hərbi cinayətdir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan siyasi-hərbi rəhbərliyi bunu qəsdən və məqsədyönlü şəkildə edir:“Əgər onların cəsarəti çatsaydı, döyüş meydanında, real hərbi əməliyyatlarda iştirak edərdilər. Döyüş meydanından qorxaraq qaçırlar və mülki insanlara qarşı bu kimi cəsarətsiz addımları həyata keçirirlər”.

635x100

Şərhlər

t.ədalət 2020-10-29 12:53:08

Rusiya danışıqlar zamanından istifadə edərək ermənistan tərəfi PUA-lardan qorumaq üçün "krasnuxa" REM sistemləri ilə təchiz edir.Bəli,Dağlıq Qarabağda bizimlə Rusiya döyüşür.Gəlin,düşmənin kimliyini gizləməyək!erməni də düqşməndir.Ancaq ən təhlükəli düşmənimiz hələ də dilini sevib,mahnılarını dinlədiyimiz (ən çox İTV-də səsləndirilir) zalım Rusiyadır.Ərazilərimizdəki raket terrorunu da Rusiya törədir..Rus təhsil sisteminin hesabına yaranmış "rusistlər"in əleyhimizə olduqları məlumdur.

Son yazılar