Menu

"Qarabağ münaqişəsinin sadə həlli yoxdur..." - Putin SSRİ rəhbərliyini günahlandırdı

29.10.2020, 18:08
"Qarabağ münaqişəsinin sadə həlli yoxdur..." - Putin SSRİ rəhbərliyini günahlandırdı

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sadə həllinin olmadığına əmindir.

Ölkə lideri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistan və Azərbaycan maraqlarının balansını tapmaq lazımdır.

Onun sözlərinə görə, Qarabağdakı nizamlanmanın ilk mərhələsində hərbi əməliyyatları dayandırmaq və danışıqlar masasına oturmaq lazımdır.

Putin deyib ki, bu situasiyada “hər tərəfin öz həqiqəti var” və sadə həll mövcud deyil. “Düyün çox bərk bağlanıb”,-o vurğulayıb.

Lakin Putin əlavə edib ki, Rusiya əvvəldən “Ermənistanın zəbt etdiyi beş və daha sonra iki rayonun” qaytarılması imkanları haqda danışıb. 

“Biz əvvəldən bu nöqteyi-nəzərdən-Azərbaycana əvvəlcə beş, sonra iki rayonunun qaytarılması,, Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı əlaqələr, kommunikasiyaların açılması və s. imkanlarından çıxış edirdik, hansı ki, bizim mövqeyimiz tamamilə açıqdır”,-Rusiya prezidenti bildirib.

Vladimir Putin Qarabağ münaqişəsinin bu həddə gəlib çatmasında SSRİ rəhbərliyini günahlandırıb.

“Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla... Sovet İttifaqının o zamankı rəhbərliyi isə insanların təhlükəsizliyini təmin etmək üçün heç bir həqiqi tədbir görmədi”, - o deyib.

Şərhlər

Roma 2020-10-29 23:48:52

Putin sən bundan sonra 1-cə ay qırağa dur Qarabağ məsələsi həll olunsun, vəssalam...guya sən bilmirsən o dılğır qaniçən əli Azərbaycanlıların qanına batmış oğraş küçükyan robertlə dostluq edirsən...belə bir atalar sözü vardır, dostunu göstər deyim sən kimsən...

Putin - ə CAVAB !!! 2020-10-29 22:53:13

Putin, sen ve Shoyqu, her gun IL - 76 teyyarelerle gonderirsiniz ishqalchi Ermenistana muasir silahlar, muntezem Ermenistan erazisinden Azerbaycanin sheherlerine, kendlerine, intensiv raket zerbeleri vurulur, aqir artilleriyadan atesh achilir dinc ehaliye, helak olur ushaqlar, qocalar, qadinlar ve aqir xesaretler alir choxlu sayda mulki insanlar. Azerbaycana qarshi, qadaqan olunmush raketlerden zerbeler vurulur, Ermenistanin Gumrude yerleshen 102 - ci herbi bazasindan butun muasir silahlar verilir ermeni qoshunlarina ve daha da chox mermiler atilir Ermenistandan, Azerbaycanin sheherlerine, kendlerine. Putin, niye bu herbi cinayetkarliqi teshkil edirsen ?????? Daqliq Qarabaq Azerbaycanin erazisidir ve BMT terefinden RESMI TESDIQLENIB. Niye, sen Putin, Azerbaycanin DAXILI ISHLERINE QARISHIRSAN, Niye, ishqalchi Ermenistanin Azerbaycanin Daqliq Qarabaq erazisine olan iddialarini MUDAFIYE EDIRSEN ????? Putin, senin HECH BIR IXTIYARIN YOXDUR DIKTE ETMEYE Azerbaycana , chunki, Azerbaycanda xalq Misali var : " SIRKE NE QEDER TUND OLSA, OZ QABINI CHATLADAR . " Putin, NE QEDER GEC DEYIL, FIKILESH ve RIYAKARLIQINI DAYANDIR, chunki, sen Putin, CHOX SEHV, YANLISH ISTIQAMETDE , FELAKETE DOQRU ADDIMLAYIRSAN, quldur, vehshi, terrorist ermenilerin HAVADARI, HIMAYEDARI OLDUQUNU SUBUT EDIBSEN...........

OXUCU 2020-10-29 21:39:18

QARBAÇOVUN ALLAH EVİNİ YIXSIN.QORBAGOR OLSUN

Musa 2020-10-29 20:26:07

Bu faşist sakit duran deyil

Vətəndaş 2020-10-29 20:12:43

Tez Şuşanı Xankəndini almaq lazımdır ki, bunların 5+2 prinsipi qüvvədən düşsün

Vətəndaş 2020-10-29 20:05:06

O hiss edir ki əsrlərlə dünyaya qan udduran imperiyanın çöküşü başlayıb

t.ədalət 2020-10-29 20:00:53

Münaqişənin həlli Putinin öz qoşunlarını regiondan geri çəkməsi və ermənistan tərəfini silah-sursatla təmin etmək kimi avanturanı Rusiyanın dayandırması lazımdır.

OQTAY 2020-10-29 19:28:35

Bu ne naqil,dansir,ne duyunu,o,duyunu Ali Bas Komandan basda olmaqla,Qehreman Azerbaycan Ordusu duyunu param-parca etdi!!!Insan var gozu var,amma gormur,kordur!!!Bu ,ozu yeqin SSSRI-vaxti islemeyib,ozunu yeqin 30-yasinda his eleyir,yanaqlarina estetik isi gordure bilersen,o deek deyil ki,cavansan..,naqil bitdi!!!Vova!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol