Ermənistan Mişa Melkumyanı təhvil almaqdan imtina edərək qeyri-insani davranış nümayiş etdirib

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 30 erməni hərbçisinin meyiti birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, bir gün öncə isə döyüş bölgəsində köməksiz buraxılıb gedilən mülki şəxs, 85 yaşlı Yevgeniya Babayan Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə və humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada atılan bu addımlar, Azərbaycanın xoş niyyətinin, eləcə də beynəlxalq humanitar hüquq və insani dəyərlərə verdiyi dəyərin göstəricisidir.

Öz növbəsində Ermənistan tərəfi erməni mülki şəxs, 84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina edərək növbəti dəfə qeyri-insani davranışını nümayiş etdirib: "Vurğulayırıq ki, Ermənistanın bu günədək 3 dəfə elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq cəsədlərin, eləcə də hər iki tərəfdə saxlanılan şəxslərin mübadiləsinə əngəl törətməsinə baxmayaraq, Azərbaycan birtərəfli qaydada humanitar addımı reallaşdırıb.

Azərbaycan tərəfinin bu humanitar addımının həyata keçirilməsində Rusiya Federasiyasının Müdafiə Nazirliyi müstəsna rol oynayıb.

Humanizm prinsipləri hər zaman olduğu kimi, bundan sonra tərəfimizdən əsas götürüləcək".

635x100

Şərhlər

Aborigen 2020-10-30 11:10:36

19992-ci ildə bu itin 57 yaşı var idi...

Mirzə Qafarlı 2020-10-30 08:00:06

84 yaşlı Mişa Melkumyanı son anda təhvil almaqdan imtina etməyi ermənistanın sadə vətəndaşlarını irticaçı millətçi yuxusundan oyatmalıdır. Sadə ermənilər başa düşməlidirlər ki, onlar erməni millətçilərinin əlində oyuncaq girova çevriliblər. Zori Balayan, Silva kaputikyan, İgidyan , Moskbada və xaricdə yaşayan diaspora üzvüləri kənardan bu millətlər arası alovu qızışdırırırlar. Onlar Vəzifə, imkan, sərvət qazanırlar. Sadə ermənilərin uşaqları müharibədə ölür. Ermənilər oyanın və başa düşün. Rədd eləyin bu millətçi faşistləri.

Mirzə AĞ 2020-10-29 22:59:08

Böyük fəlakətdir, qoca itin həpirimş murdar cəmdəyi ortalıqda qalşb!

t.ədalət 2020-10-29 22:55:05

Melkuimyanı ermənistan aldı-almadı nəyimizə lazım.Onu Beynəlxalq Qırmızı Xaça təhvil vermək lazımdır.Oturub melkumyanların taleyi ilə məşğul olmaq bizə qalmayıb.

Son yazılar