“Mənə bu mövzuda heç nəyi izah etmək lazım deyil...” – Kadırov Peskova sərt cavab verib

Fransanın prezidenti Emmanuel Makronu İslam dinini təqib etdiyinə görə günahlandıran Çeçenistan başçısı Ramzan Kadırov bəyan edib ki, o, siyasətçi kimi yox, bir müsəlman kimi çıxış edib. Kadırov beləliklə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bu bəyanatını şərh edib ki, «Rusiyanın xarici siyasətini bölgə başçıları yox, prezident formalaşdırır».

«Mən, Dmitri Sergeyeviçlə razıyam və yaxşı bilirəm ki, subyektlərin başçıları xarici siyasəti formalaşdırmırlar. Xarici və daxili münasibətlərin kim tərəfindən tənzimləndiyini əla ayırd edirəm və mənə bu mövzuda heç nəyi izah etmək lazım deyil» - Kadırov öz teleqram-kanalında yazıb.

Ancaq Çeçenistan başçısının sözlərinə görə, «o faktı da nəzərə almaq lazımdır ki, mən, Fransa hakimiyyətinin ünvanına öz fikirlərimi siyasətçi kimi yox, bir müsəlman kimi ifadə etmişəm».

«Mən, Dmitri Peskovla o zaman daha çox razılaşardım ki, o, mənim sözlərimə qiymət verərkən bu məqamı nəzərə alaydı. O zaman onun cavabı daha obyektiv alınardı» - deyə, Kadırov yazır.

O, Makronun ünvanına hədələri yenidən təkrarlayıb. «İndi isə bir müsəlman kimi, Makron barədə əvvəlki sözlərimi təkrar edirəm və min dəfə də bunu etməyə hazıram. Bu, öz dinini nəhayətsiz sevən, müqəddəs Quranda yazılanlara və sünnəyə ciddi şəkildə sadiq olan bir insan kimi, mənim hüququmdur. Bu mövqeyim xatirinə lazım gələrsə, vəzifəmdən imtina etməyə, əziyyət çəkməyə və ya həyatımı qurban verməyə hazıram. Ancaq allahsızların din üzərinə hücumlarını susqunluqla müşahidə etməyi bacarmaram və buna hazırlaşmıram!» - Çeçenistan başçısı bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

vidadi goyce 2020-10-30 11:35:46

дорогой рамзан песков наверняка не знает что в жилах макрона течет грязный кровь Анаита-основателя мировой проституции,

Cəmşid Dərələyəzli 2020-10-30 09:21:04

Peskov yeqin unudur ki, Kadrov hansı makamda olur- olsun o həm də bir Çeçendir

Mirzə Qafarlı 2020-10-30 07:51:23

В место того,что предявлять претензию Р. Кадырову, лучше было бы если Пешков выступил бы в зашиту более 10-ти миллионов своих граждан-мусулман.

Fatime 2020-10-30 06:37:25

Halaldir O ermeni lavrov kelenteriyani susdurub

t.ədalət 2020-10-30 00:51:02

Sağ ol,Kadırov!Allahın bizə göndərdiyi gözəl Peyğəmbərimiz Mühəmməd (s.a.s.) şəhid olmaq,ancaq şərəfdir!Allah İslam dininə asi olanlara lənət eləsin!

Xalq 2020-10-30 00:28:24

halal olsun!

Qarabag Azerbaycandir! 2020-10-30 00:27:47

Butun muselmanlar birlessin kilseleri baglasin eynile Makron elediyi kimi Desinler soz azadligidi. Soz basivia qehetdi? Ne isteyirsen dinimizden Peygemberimizden? Ne pisliyimiz kecib size. Kimse gedib kilsede Sam yandirir dua edir biz muselmanlar onlara nese deyirik? Haminin dinine hormetle yanasiriq. Bir.kilse vuruldu sehven az qala bizi ittiham edirdiniz noldu sizin inanciviz size ezizdirse bizim de inancimiz bize ezizdir. Muselmanlardan qorxun cunki hemise qelebe qazanan muselmanlar olub tarixen Allaha Peygembere dil uzadanlar arasinda. Makronun adamaoxsamaz arvadi bil ki usaqlar basibaglilardan deyil senin kimi seytansifetliden qorxurlar. Eksine hicab qadinin zinetidir. Allah sizi hidayet etsin basqa hec ne demirem.

Son yazılar