Azərbaycanda son 4 il ərzində 18 yaşadək rəsmi nikah bağlayan qadınların sayı artıb.
Trend-in məlumatına görə, 2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı 3, 2017-ci ildə gəlinlərin sayı 317, bəylərin sayı isə 1 nəfər olub.
2018-ci ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 338 (18 yaşadək oğlanların nikaha daxil olması baş verməyib), 2019-cu ildə nikaha daxil olan 18 yaşadək gəlinlərin sayı 366 nəfər, bəylərin sayı 1 olub.
Ümumilikdə Azərbaycanda 2011-ci ilədək nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı daha çox olub. Yalnız 2011-ci ildə ölkədə 18 yaşadək nikaha daxil olan gəlinlərin sayı 5138 nəfər, bəylərin sayı 11 nəfər olub.


Şərhlər