Menu

Goranboyda meşədə başlayan yanğın söndürülüb

30.10.2020, 18:47
Goranboyda meşədə başlayan yanğın söndürülüb

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində Goranboy rayonunda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-dən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol