Menu

Gürcüstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb

01.11.2020, 09:47
Gürcüstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, Gürcü Arzusu Partiyası49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77%səs əldə edib.

“Vətənpərvərlər Alyansı” 3,26%, “Lelo” partiyası 3,16%, “Aqmaşenebeli strategiyası”3,1%, “Qirçi” 2,87%, “Vətəndaş – Eliko Elisaşvili” 1,34%, Leyboristlər partiyası isə 1,03%səs qazanıb.

MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.

Qeyd edək ki, bu vaxta qədər 3 847 seçki məntəqəsinin 2 252-si üzrə səslərin hesablanması başa çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol