Menu

Dünyada koronavirusa yoluxanların sayı 46 milyonu ötdü

01.11.2020, 10:39
Dünyada koronavirusa yoluxanların sayı 46 milyonu ötdü

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 46 milyonu ötüb. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins universiteti bildirib.

Universitetin son məlumatlarına görə, dünyada COVID-19-a yoluxma hallarının sayı 46 015 562-ə çatıb. COVID-19-dan 1 194 906 pasiyent ölüb. Bununla yanaşı, pandemiya ərzində dünyada koronavirusdan 30,7 milyondan çox insan sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol