Menu

Gürcüstanın baş naziri özünütəcrid rejiminə keçib

01.11.2020, 22:10
Gürcüstanın baş naziri özünütəcrid rejiminə keçib

Gürcüstanın baş naziri Giorgi Qaxaria özünütəcrid rejiminə keçib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

Hökumət başçısı qeyd edib ki, təmasda olduğu əməkdaşında koronavirus aşkarlanıb: “Buna görə də özünütəcrid rejiminə keçmişəm və bu rejimdə işimi davam etdirəcəm”.

Yayılan məlumatlara əsasən, G.Qaxarianın mühafizəçisi COVID-19-a yoluxub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol