Menu

“Azərbaycanda qardaşlarımızın yanında biz varıq” - Ərdoğan

02.11.2020, 00:12
“Azərbaycanda qardaşlarımızın yanında biz varıq” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP partiyasının Samsun şəhərində keçirilən növbəti iclasında Azərbaycanla bağlı danışıb.

“Haber Global” məlumat verir ki, o, Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha səsləndirib.

Ölkəsinin xarici siyasətinin istiqamətlərindən, hədəflərindən bəhs edən Türkiyə lideri “Azərbaycanda qardaşlarımızın yanında biz varıq”, - deyə bildirib.

“İqtisadiyyatımıza qarşı hücumların əvəzi oldu, hədəflərimizə çatmaq üçün sürətlə irəliləyərkən bizi yavaşlatdılar, ancaq ölkəmizi bu mübarək yoldan geri çevirə bilmədilər”-deyə, Ərdoğan bildirib.

“Millətimizin birliyini poza bilmədilər. Qurduqları tələləri pozduq. Türkiyəni qəyyumluqla əsir edə bilmədilər, Türkiyəni terrorla diz çökdürə bilmədilər, Türkiyəni çevrilişlə yıxa bilmədilər, Türkiyəyə təhdidlə, mühasirə ilə, embarqo ilə qandal vura bilmədilər, Türkiyəni iqtisadiyyatla da məğlub edə bilməyəcəklər. Apardığımız mübarizəni uğura çatdıranda Türkiyə siyasi və iqtisadi cəhətdən dünyanın ən böyükləri arasına özünə yer tapacaq”, - deyə R.Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol