Menu

Kanadada iki kilsə yanıb

02.11.2020, 10:22
Kanadada iki kilsə yanıb

Kanadanın Ontario əyalətində noyabrın 2-də yerli vaxtla gecə saatlarında iki kilsədə yanğın baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi açıqlama yayıb.

Bildirilib ki, hadisə Ontario əyalətinin cənub-qərb hissəsində baş verib. Hər iki ibadət ocağı Anklikan kilsəsinə məxsusdur.

Polis kilsələrin qəsdən yandırılmasından şübhələnir. Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol