“Məktəbə Moskvada getmişəm. Təbliğatın nə olduğunu çox yaxşı bilirəm, bu, xalis sovet propaqandasıdır”.
Bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süeymanov “The Washington Times” qəzetinə müsahibəsində bildirib. Səfir Ermənistana qarşı döyüşlərdə suriyalı muzdlulardan istifadə haqda məlumatları təkzib edib.
Səfir deyib ki, məqsəd Ermənistan üçün elə bir əhvalat uydurmaqdır ki, Azərbaycana qarşı əməliyyatlara Rusiya qüvvələri cəlb olunsun.
Suriyalı muzdluların guya Azərbaycanın xeyrinə savaşması haqda məlumatları bəzi Qərb media orqanları ortaya atıb. Onların iddiasına görə, suriyalılar bu məqsədlə "Türkiyədə özəl təhlükəsizlik şirkəti”nə qoşulurlar. Amma bu şirkətin adını yazan yoxdu. Azərbaycan rəsmiləri isə oxşar məlumatları dəfələrlə təkzib ediblər.
Elin Süleymanov sözügedən məlumatları saxta və Qərb mediasında dezinformasiyanın yayılmasına şərait yaradan “tənbəl jurnalistika” adlandırıb.
O, “The Washington Post” qəzetinin oktyabrın ortasında yazdığını da təkzib edib. Qəzet Suriya-Türkiyə sərhədinə çatan dondurucu- maşında Dağlıq Qarabağda öldürülmüş 52 suriyalının meyitinin olduğunu iddia etmişdi.
“Buna sübut yoxdur. Azərbaycanda bircə suriyalı döyüşçünün meyiti belə tapılmayıb”, – Süleymanov deyib.
O, Azərbaycan silahlı qüvvələrinin heç belə döyüşçülərə ehtiyacı olmadığını sözlərinəəlavə edib.
AzPolitika.info


Şərhlər