Menu

“Qarabağ Azərbaycandır, əmanətdir, əcdadın yadigarıdır” - Dövlət Baxçalı + VİDEO

03.11.2020, 18:25
“Qarabağ Azərbaycandır, əmanətdir, əcdadın yadigarıdır” - Dövlət Baxçalı + VİDEO

Qarabağ Azraycandır, əmanətdir, əcdadın yadigarıdır. Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı parlamentarilər qarşısında çıxış edərkən belə deyib.

O, Azərbaycanın haqlı mübarizəsində günbəgün nəticə aldığını deyərək, Dağlıq Qarabağın işğal zəncirindən sürətlə azad olduğunu qeyd edib.

MHP lideri çıxışı zamanı həmçinin, Ermənistanı terror dövləti adlandıraraq, onlar mülki vətəndaşlara kaset bombaları ilə hücum edərək qansız və qatil olduqlarını bir daha göstərdiklərini vurğulayıb.

“Ancaq nə etsələr boşunadır. Azərbaycan ordusu terrorçuları qaçdıqları yerə qədər qovacaq. Azərbaycan ordusu bütün cəbhə xəttində qəhrəmanlıq dastanı ilə zəfərə doğru gedir”, - deyə MHP lideri bildirib.

O həmçinin, Paşinyanın sonunun yaxınlaşdığını və aqibətinin də terrorçu yoldaşları ilə birlikdə eyni qaranlıq dəhlizdə olduğunu vurğulayıb.

Azərbaycan ordusunun qələbəsində əməyi olan daha bir hərbçimiz - VİDEO

Şərhlər

Xalq 2020-11-03 19:19:48

Sağ ol!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol