Menu

“Ermənistan yeni nağıllarla daxili auditoriyasını sakitləşdirməyə çalışır” - Müdafiə Nazirliyi

03.11.2020, 19:12
“Ermənistan  yeni nağıllarla daxili auditoriyasını sakitləşdirməyə çalışır” - Müdafiə Nazirliyi

Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də yalan, şişirdilmiş senarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb. 

Qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol