Menu

Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə təsirləri- UNEC-də seminar keçiriləcək

04.11.2020, 11:57
Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə təsirləri- UNEC-də  seminar keçiriləcək

UNEC-də “Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri” mövzusunda onlayn seminar keçiriləcək.

UNEC Empirik Tədqiqatlar Mərkəzinin təşkil etdiyi seminarda Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda gedən vətən müharibəsinin əhalinin həyat məmnuniyyəti səviyyəsinə təsiri barədə müzakirələr aparılacaq və aparılan tədqiqatların nəticəsi açıqlanacaq.

Tədbir 6 noyabr saat 11:00-da ZOOM proqramı üzərindən aparılacaq. Mövzu ilə maraqlananlar seminarda iştirak edə bilərlər.

Tədbirin linki: https://zoom.us/j/95997820046

Şərhlər

B.Qarabağlı 2020-11-04 12:04:54

Mövzu-"Vətən müharibəsinə mülki əhalinin mümkün dəstəyi və sonrakı müdafiə, quruculuq işlərinə hazırlıq", daha uyğun olardlı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol