Menu

Türkiyədə PKK terrorçuları zərərsizləşdirildi

04.11.2020, 22:08
Türkiyədə PKK terrorçuları zərərsizləşdirildi

Türkiyənin Milli Müdafiə Nazirliyi Hakkari əyalətində PKK terrorçularının zərərsizləşdirildiyini bildirib. Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Şəmdinli ərazisində aşkarlanan 2 PKK terrorçusu məhv edilib. Nazirlik sonra tvitter səhifəsində daha 3 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, terrorçular hücuma hazırlıq görürmüş.

Milli Müdafiə Nazirliyi terror qruplaşmasına qarşı əməliyyatların davam etdirildiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol