Menu

"Kürdüstanın müstəqilliyi ilə bağlı referendumu mütləq keçirəcəyik"

11.10.2014, 13:01
"Kürdüstanın müstəqilliyi ilə bağlı referendumu mütləq keçirəcəyik"

Kürdüstan və Kərkükün istiqlaliyyəti ilə bağlı referendum keçirmək fikrindən dönməyəcəyik.

SalamNews–un “SkyNews”a istinadla verdiyi xəbərə görə, bunu Kürdüstan Muxtariyyətinin lideri Məsud Barizani bəyan edib.

İraq kürdlərinin lideri verdiyi müsahibədə hazırda “İslam Dövləti” (İŞİD) ilə mübarizənin prioritet məsələ olduğunu bildirib, bununla belə, Kürdüstanın müstəqilliyi ilə bağlı referendumun hökmən keçiriləcəyini qeyd edib.

Kürd lideri hazırda Muxtariyyətin Bağdad hökuməti və Heydər əl-Əbadi administrasiyası ilə əməkdaşlıq etdiyini söyləyib.

Bildirək ki, M.Barizani “İslam Dövləti”nin İraqın şimalına etdiyi hücumlardan sonra Muxtariyyətin müstəqilliyi barədə çağırışlar edib və müvafiq qərarlar verib. Lakin onun bu qərarları Bağdad, Tehran və Ankara hökumətlərinin ciddi etirazı ilə üzləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol