Menu

"Laçın dəhlizini Ermənistan bağlayıb" - 80 jurnalistin Xankəndidən çıxa bilməməsi ilə bağlı AÇIQLAMA

05.11.2020, 16:23
"Laçın dəhlizini Ermənistan bağlayıb" - 80 jurnalistin Xankəndidən çıxa bilməməsi ilə bağlı AÇIQLAMA

“Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır”. Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib.

Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək, Ermənistanın Vardenis rayonuna doğru gedir.

Digər yol isə Laçın dəhlizi vasitəsilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir”, - deyə H.Hacıyev qeyd edib.

Şərhlər

BilBordo 2020-11-06 00:57:51

İşğalçı hərbi terrorçular həmin jurnalistləri hərbi girov kimi saxlayıblar ki, ya işğalçıları dəstəkləsinlər, ya da məhv olsunlar və Azərbaycanın günahına yazsınlar? 32 il olduğu kimi Cinayətkar haqlı, zərər çəkmiş milyonlar haqsız sayılsın?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol