BU QURUMLARIN İDARƏ OLUNMASI AİH-ə VERİLDİ - Prezidentin Fərmanı

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiqlənib.

Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib.

- Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

- “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

- “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

- “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

- “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti

- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

- “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

- “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

- “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

- “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

- “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

- “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

- Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

Siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.

AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

- ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına

- idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına

- qanunla qadağan olunmayan digər mənbələrdən.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Eləcə də Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması 3 ay müddətində təmin edilməli və Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir. Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Maliyyə Nazirliyi isə AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutmalıdır.

Siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini 2 ay müddətində AİH-ə təqdim etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

635x100

Şərhlər

rabitəçi 2021-01-01 16:00:56

Azərpoçtun Baş direktorun müavini rəsul Bayramovun vəziyyəti necə olacaq ? Onun iş qabiliyyəti yoxdur axı ?

Rabitəçi 2020-12-05 19:38:00

Rabitə Nazirliyi nə iş görəcək, ləğv olunsa daha yaxşı olar, kin nəyinə lazımdır...Rabitənin keçmiş nüfuzunun qazanması üçün birinci növbədə Rabitə Nazirliyi ləğv olunmalı, İqtisadiyyat Nazirliyinə birləşməlidir,çünki rabitə Nazirliyində Vətəndaşın müraciətinə əhəmiyyət verilmir, özlərini kiçik padşah hesab edirlər. Vaxtında tədbir görülməlidir.

Araşdırmaçı.... 2020-11-07 21:49:23

Melorasiya ASC-nin hər bir rayonda ən azı 6-7 idarəsi var, hamısındada qanunsuzluqlar hökm sürməkdədir, çoxlu "ölü" canlar var. Xüsusilə Şəki Suvarma sitemlər idaərsində.. Danışa bilməyən bir adamı,lalı, Sadəddin Əhmədovu Şəki Suvarma sistemlər idarəsinə müdir təyin ediblər.. Sual doğur : - hansı müsbət keyfiyyətinə görə.....???? Adları qeyd olunan qurumları AİH verilməsi olduqca alqışlamaq lazımdır, ciddi nəzRƏT OLSA dövlət vəsaitlərinin necə talan olunması bilinəcəkdir, xüsusilə Rabitə və Melorasiya sahəsində... Ulu Tanrı Prezidentimizi qorusun, dövlətimizin büdcəsini talan edənləri xalqımız yaxşı tanıyacaqdır.. İnşallah !

Saleh 2020-11-06 22:48:28

Belke ellerde qalan ozellesdirme cekleeini bu sirketlerin sehmlerine ne cur se deyishdirmekdir olacaq, mohterem Presidentimize inaniriq!

Prezidentini sevən 2020-11-05 23:15:04

Ümumiyyətlə Rabitə Nazirliyi ləğv olunsa daha yaxşı olar, çünki ehtibarlı əllərdə deyil, özbaşnalıqlar hökm sürməkdə davam edir....??

Prezidentini sevən 2020-11-05 23:04:54

Ümumiyyətlə Rabitə Nazirliyi ləğv olunsa daha yaxşı olar, çünki ehtibarlı əllərdə deyil, özbaşnalıqlar hökm sürməkdə davam edir....??

Rabitəçi 2020-11-05 22:45:10

Rabitə dövlətin bel sütunudur. Onun mürəkkəbliyini nəzərə alaraq, rabitə müəsisəslərini AİH-nin tərkibinə verməkdənsə, Rabitə Nazirliyinə və onun təbeli müəssisələrinə dövlətini və xalqını qəlbən sevən dəyərli, savadlı, təcrübəli kadrları təyin etməklə Azərpoçtda və Aztelekomda yaranmış özbaşnalıqlara son qoymaq olar....Rabitə Nazirliyidə ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verilsə, Rabitənin əvvəlki nüfuzu özünə qaytarıla bilər....

Azər 2020-11-05 21:23:14

AİH , Azərbaycan Sənaye Korporasiyası, Azərbaycan İnvestisiya Şirkəti və s. kimi qurumlar işlək deyillər. Mənasız vaxt, büdcə və digər vəsait itkisidir

Azər 2020-11-05 21:17:34

Hətta bu qarmaqarışıq qurumun effektiv idarəedilməsi teoretik olaraq mümkün olsa belə, bunu edə biləcək adam tanımıram. Hazırki rəhbəri isə , hətta AİH -ə daxil olunan qurumlardan hansisa birini belə idarə edə biləcək birisinə oxşamır

Azər 2020-11-05 21:13:22

Kimə lazımdır bu qurum? Bu qədər müxtəlif profilli müəssisələrin bir qurumda birləşdirilməsi səhvdir və idarəedilməsi mümkünsüzdür

t.ədalət 2020-11-05 20:36:50

AİH-nin tərkibinə verilən qurumlar böyük maliyyə oğrularının nəzarətindədir.Bu təşkilata rəhbərlik edəcək adam,gərək Prezidentə çox yaxın olsun.Yoxsa onu işləməyə qoymayacaqlar.

Son yazılar