Menu

Alçaq düşmən Qubadlıdakı tarixi məscidi donuzxanaya çevirib - Hikmət Hacıyev

06.11.2020, 16:21
Alçaq düşmən Qubadlıdakı tarixi məscidi donuzxanaya çevirib - Hikmət Hacıyev

“Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

“Biz UNESCO, ISESCO və İƏT-i bu barbar əməlləri ciddi şəkildə pisləməyə çağırırıq”, - o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol