Menu

"Bəhruz Məhərrəmovun fikirlərini qətiyyətlə pisləyirik" - Milli Məclisin komitəsi

07.11.2020, 14:21
"Bəhruz Məhərrəmovun fikirlərini qətiyyətlə pisləyirik" - Milli Məclisin komitəsi

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin qarşılıqlı səfərləri, çoxsaylı görüşləri, ölkələrimiz arasında imzalanmış və həyata keçirilməkdə olan ikitərəfli sənədlər bu münasibətlərin inkişafında mühüm rol oynayir. Eyni zamanda, iki ölkənin parlamentləri arasında da dostluq və əməkdaşlıq münasibətləri mövcuddur.

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Biz Qarabağın işğaldan azad olunması üçün aparılan əks-hücum əməliyyatları dövründə İran İslam Respublikasının Ali rəhbəri cənab Əli Xameneyinin və İran rəsmilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatlarını yüksək qiymətləndiririk.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 6 noyabr tarixli iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq.

Bəyan edirik ki, Azərbaycan Respublikasının yaxın səmimi münasibətlər saxladığı qonşu və dost ölkə və onun rəhbəri barəsində bu cür fikirlər tamamilə qəbuledilməzdir. Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz”.

Şərhlər

Akif 2020-11-07 21:04:26

Sexsi fikirleri bu terzde soylemek en boyuk agilsizliqdir

Aytac 2020-11-07 21:02:13

Millet vekili terefinden bele agilsiz hereket etmek qebuledilmezdir.

Fidan 2020-11-07 21:01:05

Tebii ki,duzgun hereket deyil millet vekili terefinden.Goresen ozu ne danisdiginin ferqune varib?

omar 2020-11-07 17:24:51

Deputatın ağzına sağlıq.İran yatdı-yatdı,ördü qələbə çalırıq bir aydan sonra dilə gəldi.İndi də bəyanət verir ki,terroçular sırhədə yığılır,ölçü götürəcəyik.Adama deyərlər 30 ildir terrorçular o sərhəddə olanda niyə dillənmirdiniz,indi Az ərbaycan öz sərhədini bərpa edir,deyirsən terrorçular.Fars-erməni-rus Azərbaycan düşmənidir.AZ.politika şərhimi ver,əks halda sən də erməni-farspərəstsən.

t.ədalət 2020-11-07 16:22:32

Siyasət naminə Milli Məclisin mövqeyinə hörmət edirik.O ki qaldı İranın bizə dost olub-olmamasına,onu Rusiyanın İran üzərindən ,həm quru,həm də hava yolu ilə ermənistana silah daşımasına,bunu hamı bilir.Bu da məlumdur ki,İran həmişə ermənistanın yanında olub və olaraq da qalır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol