Menu

Ermənistan Təhlükəsizlik Xidmətinin istifadə etdiyi binada gizli sənədlər aşkarlanıb - FOTOLAR

07.11.2020, 16:22
Ermənistan Təhlükəsizlik Xidmətinin istifadə etdiyi binada gizli sənədlər aşkarlanıb - FOTOLAR

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb.

Trend-in məlumatına görə, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.

Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. .

Həmçinin 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.

Qeyd olunan istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər

OQTAY 2020-11-07 20:05:29

Bu mexluklar,Irevana ve Qarabaqada,Irandan bele gelmisler,sonra demisler,bu torpaq bizimdir,Allah nehlet elesin,bunlara ve bunlari himaye edib getirib bura cixaranlara!!!

Xalq 2020-11-07 19:52:35

Bu sənədləri verin putinə və makrona. Belə sənədlər onlara çox lazımdır. Soxacaqlar gözlərinə.

VUQAR 2020-11-07 16:29:13

BIZ-ONLARIN-BASINA-ELE-OYUN-ACDIQKI-ONLAR-BIRDE-QARABAGIN-ADINI-CETIN-TUTALAR!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol