Menu

Ali Baş Komandan generalı qələbə münasibətilə təbrik etdi

08.11.2020, 14:26
Ali Baş Komandan generalı qələbə münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib.

"Report"un xəbərinə görə, Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib.

Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.

Şərhlər

t.ədalət 2020-11-08 16:06:35

Müharibənin uğurla sonuclanması göstərdi ki,milli zabit nə deməkdir!Uzun illər nazir olan Səfər Əbiyev ordumuzdakı milli zabitləri sonuncuya qədər ordudan uzaqlaşdırmışdı.Çanaqqala zəfərini əldə etmək üçün Atatürk də milli zabitlərə arxalanmışdı.

Qarabag Azerbaycandir! 2020-11-08 15:24:10

Hikmet Mirzeyev Azerbaycanin fexri halal olsun sene. Sen Susada dalgalandirdin bayragimizi insallah Mais Berxudarov da Oz arzusunu Lacin dehlizinde tezlikle yerine yetirib uzerinde QELEBE yazan bayragimizi ucaltsin. Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol