Menu

Rusiya Ermənistanda geniş miqyaslı təlimlərə başlayır

11.10.2014, 14:59
Rusiya Ermənistanda geniş miqyaslı təlimlərə başlayır

Oktyabrın 13-dən 19-a kimi Ermənistanın dağ yüksəkliklərindəki Kamxud və Alagöz hərbi-təlim komplekslərində Rusiyanın cənub hərbi dairəsinin hərbi bazasına aid bütün hərbi hissələrin qatılacağı taktiki təlimlər keçiriləcək. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə dairənin mətbuat xidməti açıqlama yayıb.

Təlimlərdə 3 minə yazın hərbi qulluqçunun, 500-ə yaxın hərbi və xüsusi texnika vahidinin və İrəvan yaxınlığındakı Erebuni məntəqəsində dislokasiya edilmiş Rusiya aviasiya birləşməsinə məxsus MiQ-29 qırıcılarının iştirakı gözlənilir.

Xəbərdə bildirildiyinə görə, keçirilən hərbi təlimlərin sayı və bu təlimlərdə istifadə olunan silah-sursatın miqdarı ötən illə müqayisədə bu il 4.5 dəfə çox olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol