İQTİSADİ İNQİLABDAN TƏHSİL İNQİLABINADƏK...

Məhəmməd Talıblı

“Vasitələr və məqsədlər arasındakı qarşılıqlı əlaqəni bizə ağıl göstərər. Əgər arxasında yaşayan bir ruh yoxsa, bütün vasitələr kor alətdən başqa bir şey deyildir.” 

Albert Einshtein

Təhsil müəssisələri bu gündən yenidən virtual tədrisə başladı. Mart ayının 3-dən başlayaraq müxtəlif fasilələrlə təhsil sistemində tədris davam edirdi. Keyfiyyətli təhsildən bu ərəfədə danışmaq ümumiyyətlə doğru olmaz. Keyfiyyətli təhsilin əsas açarlarından biri sürətlə dəyişən şərtlərə elatik reaksiya vermək gücü ilə bağlıdır. Gör, dünya müasir inkişaf magistarlına hansı yollardan keçib?

İqtisadiyyat da inqilablar dünyanın təkcə yaşamını dəyişmədi, həm də təhsilə əlçatanlığını yaxınlaşdırdı. Bu günkü təhsil sisteminin uğurlu bu baxımdan iqtisadi sahədə baş verən inqilablarla da bağlıdır.

Bəşər övladı yaranandan bir neçə mərhələdən keçib. Bu dəyişikliklə bərabər davranışlar da dəyişmiş və yeni paradiqmalar yaranmışdır. Hansı mərhələri keçib bu günə gəlib çatdıq? Türkiyənin çox tanınmış iqtisadçısı Mahfi Egilmez bu mərhələləri ardıcıl olaraq belə qruplaşdırıb.

Birinci inqilib Əkinçilik inqilabıdır. Bu inqilab 12 min il bundan öncə baş vermişdir. Əvvəllər insanlar heyvanları ovlayıb istehlaklarını təmin edən insanlar sonralar bitkiləri və heyvanları bəsləyərək onları uzunmüddətli istifadə etmək qərarına gəlirlər. Beləliklə heyvandarlıq və əkinçilik kimi sahələri kənd təsərrüfatı formasında inkişaf etdirməyə başlayırlar. Beləliklə istehsala keçid baş verdi.

İkinci mərhələ, Sənaye inqilabıdır. Şəhərləşmə, beynəlxalq ticarətin genişlənməyinə baxmayaraq ikinci mühüm inqilab kimi sənayeləşmə əsas götürülür. Ceyms Wattın inkişaf etdirdiyi buxar maşını 1700-cü illərin sonlarında istifadə olunmağa başlanıldı. Toxuma dəzgahlarından istifadə edilməsi ilə istehsal proseslərini tamamlayacaq şəkildə inteqrasiya sənaye inqilabını başlatmış oldu. Tekstil sənayesində başlayan bu dəyişmə başda kimya sənayesi olmaq üzrə digər sənaye budaqlarına sürətlə yayıldı.

Üçüncü inqiliab, Maliyyə inqilabı adlanır. Sənaye inqilabından sonra dünyada bir neçə dəyişikliklər baş verdi. Bunlardan yalnız maliyyə inqilabı öndə gəlir. Bankların pul yaratma funksiyası və iqtisadiyyata verdiyi fundamental tövhələr iqtisadi artımı hərarətləndirdi və tələb artımı formalaşdı. Bu isə bazar iştirakçılarının bu məkanda görüşməsinə yol açdı.

Dördüncü inqilab, Qloballaşma inqilabıdır. XX əsrin sonlarında SSRİ adlı şər imperiyasının çökməsi ilə dünya yeni dəyişikliklər mərhələsinə daxil oldu. Bir tərəfdən kapitalist sisteminin dünyaya sürətlə yayılması ilə bir sistemin çökməsinin eyni vaxta təsadüf etməsi yeni reallıqları meydana çıxardı. Qloballaşmanın əsasında sərmayələrin beynəlxalq hərəkəti genişləndi, texnoloji transfertlər asanlaşdı. Dünya sanki kiçildi və vahid bir məkana çevrildi.

Sonuncu inqilab, Rəqəmsal inqilabdır. İnternetin ortaya çıxardığı yeni reaalıqlar hər cür mal və xidmətlərin internet üzərindən sifarişini, satışını və onu müxtəlif yollarla əldəetmə vasitələrini meydana çıxardı. Necə deyərlər, koronovirus pandemiyası bu e-ticarətin dövriyyəsini əhəmiyyətli sürətdə artırdı. E-ticarətdən e-xidmətə qədər çox geniş sahələri əhatə edən geniş bir biznes şəbəkəsi innovatik inkişafın yeni növlərini meydana çıxardı. Və yeni şərtlərini diktə etməyə başladı. Hər cür xidmətləri evinə daşıyan istehlakçılar təhsil xidmətlərini almağa başladılar. Dövlət təhsil sistemindən başlayaraq özəl təhsil xidmətlərinin müxtəlif növlərinədək hər cür fəaliyyətlər artıq evlərə daşındı.

Təhsil xidmətlərinin evlərə, evlərdəki pulların iqtisadiyyata axını

Dünyadakı 7,8 milyard insanın 3,8 milyard nəfəri evindən çölə çıxmadan yaşadığı bir vəziyyətdə əslində uğurlu biznes evində oturan vətəndaşların cibindəki pulu çıxarmaq kimi bir incəsənət növünə çevrilməlidir. Onlara evlərində daha çox nələr satmaq və hansı xidmətləri təklif etmək kimi bir göydəndüşmə fürsəti necə imkana çevirmək düşüncəsində olmalıdır. 

Belə bir sosial izolyasiyanın olduğu şəraitdə xüsusulə təhsil xidmətlərinin alıcıları müxtəlif şirkətlərin proqramlarından istifadə edilməyə başladı. Video konfrans tədbirlərinin, virtual tədris sahəsində mövcud tələblərə cavab verən “Zoom” şirkəti son bir neçə ayda çoxgəlirli və populyar şirkətə çevrildi. Cazibədarlığı artdı. Bazar dəyəri ağlasığmaz dərəcədə bahalaşdı.

Əgər “Zoom” şirkəti 15 may 2020 tarixində bazar dəyəri 623 milyon dollar idisə, sonradan bu rəqəm 48,8 milyard dollara yaxınlaşdı. Eyni dövrdə şirkətin səhmləri 0.02 dollardan, 0.63 dollara yüksəldi. Bu nəticədə “Zoom”un qazancı I rübündə yüzdə 2668%, ikinci rübündə isə yüzdə 3280% artmış oldu. Bu sürətlə aktivlərin birjalarda sürətlə dəyərsizləşdiyi bir məqamda olduqca yüksək bir artımdır. Nəticədə “Zoom”un bazar dəyəri 50 milyard dolları aşaraq rekord səviyyəyə yüksəldi. Bloomberg Milyarderlər İndeksinə görə, Zoomun qurucusu Eric Yuanın sərvəti 800 milyon dollar artaraq 9.3 milyard dollara yüksəldi.

Azərbaycanda virtual tədrisin durumu

Bu günkü dərslərdə internet üzərindən olan iştirakçılıq səviyyəsi durumun qaneedici vəziyyətdə olmadığını söyləməyə imkan verdi. Burada bir neçə səbəb var. Onlardan biri heç şübhəsiz ki, ölkə üzrə internetin yayılmasının əhatə dairəsi və ona əlçatımlıq səviyyəsi ilə bağlı olduğun söyləsək, fikrimcə, yanılmaram. Təhsil Nazirliyinin məlumata görə, ölkəmizdə bu ilki tədris ilində 1,6 milyon şagird ümumtəhsil müəssisələrində təhsil alacaq.

Rəsmi açıqlamalara görə, 2019-cu ilin hesabatında [6] ölkə üzrə cəmi 825 992 min nəfər şagird internetdən istifadə etmişdir. Bunun 588 182 şagirdi şəhərlərdə, 237 810 nəfəri isə kəndlərdə istifadə etmişlər. Əgər şəhərdə internetə çıxış imkanı olmaqda ciddi problemlər yaşanırsa, rayonlar da hansı vəziyyəti qiymətləndirmək çətin olmaz. Anlaşılandır ki, ölkədə müharibənin getdiyi bir kritik məqamda internetin limitsiz verilməsi ciddi qəbul oluna bilməz. Amma təhsili əhatə edən provayder şirkətlərinin inteqrasiyasına diqqət mütləq artırılmalıdır.

Amma təxminən bir illik zaman fürsəti bizlərə sübut etdi ki, dünyanın inkişaf istiqamətinə sürətlə interqasiya da gecikməz olmaz. Formal əməkdaşlığı real məzmunlu inteqrasiya ilə əvəzləməliyik. Çünki insanoğlu çağdaş inkişaf mərhələsinə birbaşa gəlib çatmayıb. Zamanlar qət edib. Təcrübələri üst-üstə toplayıb. Və modern inkişaf mənzərəsi yaradıb. 

Artıq dünyaya iki gözlə baxmaq da yetərli sayılmır. Dörd göz və 24 saat işləmək də kifayət etmir. Ayıq olmalı və “quş baxışına” sahib olmalıyıq. Mümin Sekman özünün əsərində “quş baxışı” anlayışını yarışa haradan başladığınızı, həmin vaxtda harada olduğunuzu və gələcəkdə harada olmaq istədiyinizi daim ağlınızda tutmalı olduğumuz bir baxışımızı ifadə edir. Əgər imtahana hazırlanması prosesinə “kənardan” və “yuxarıdan” baxmağı bacarmasanız, o zaman detalların arasında boğulacaq və depressiyaya girəcəksiniz.

İqtisadi inqilablar mərhələsindən başlayıb təhsil labrintinədək gəldik. Bəşəriyyətin keçdiyi yolla bizim hazırda getdiyimiz yolun əlaqəsini görməyə çalışdıq. Və gələcəkdə getməli olduğumuz trayektoriyanı indidən təsəvvür etməyə çalışmalıyıq. Əsas mesajım budur.

İqtisadi inqilablardan təhsilə keçidin əlaqəsi həm birbaşa əlaqədir, həm də dolayı. Birbaşa əlaqə onunla bağlıdır ki, iqtisadi inkişaf səviyyəsi özü lokomotiv olmaqla arxasında çoxlu sahələri çəkib apara bildi. Təhsil də daxil olmaqla. Təhsilə gedən pul iqtisadiyyatdan qaynaqlanır və ondan qidalanır. Dolayı əlaqəsi isə odur ki, iqtisadi inqilablar özü ilə bərabər texnoloji inkişafın sektoral əlaqəsini müəyyənləşdirə bilir. Və nəticədə elmin, təhsilin keyfiyyətcə yeni mərhələyə daxil olması iqtisadi inkişafa yeni məzmun və istiqamət vermiş olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar