Menu

Rusiya Azərbaycanın helikopterlə bağlı üzrxahlığını müsbət qəbul etdi

10.11.2020, 01:54
Rusiya Azərbaycanın helikopterlə bağlı üzrxahlığını müsbət qəbul etdi

Rəsmi Moskva Bakının Mi-24 helikopterinin vurulması ilə bağlı məsələdə öz təqsirini dərhal etiraf etməsini müsbət qiymətləndirir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiya XİN Azərbaycan tərəfinin bu hadisə ilə bağlı operativ araşdırma aparılacağı və təqsirkarların cəzalandırılacağı ilə əlaqədar verdiyi təminata da əminliyini qeyd edib.

Xatırladaq ki, dünən saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalara başlanılıb.

Şərhlər

Azərə 2020-11-10 12:21:18

Düz deyirsən qardaş. Ermənini qarabağda saxlamaq olmaz!

Azər 2020-11-10 09:34:38

Bəyanatın imzalanmasından üçün bu bir siyasi “səhnəcik” idi...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol