Menu

Yerevanda Paşinyana qarşı etiraz: kütlə Hökumət binasına girdi - VİDEO

10.11.2020, 03:55
Yerevanda Paşinyana qarşı etiraz: kütlə Hökumət binasına girdi - VİDEO

Baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsinin sona çatması ilə bağlı müraciətindən sonra Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Yerevanın mərkəzinə avtomobillərlə insanların axını davam edir.

Etirazçılar hökumət binasına giriblər, şüşələrin və qapıların qırıldığı deyilir.

Etirazçılar Robert Köçəryanı Paşinyana qarşı hərəkata rəhbərlik etməyə çağırırlar.

Şərhlər

Aynur 2020-11-10 22:26:01

Bəs Xankəndi , Ağdərə, xocavənd, Xocalı rayonları necə olur. Bəndin birində deyilir Tərəflər tutduqları mövqedə qalır. Digərində də Lacın, Ağdam, Kəlbəcərin qaytarilması qeyd olunur. Ermənistan tərəfdən tutulmuş bu adl cəkilməyən rayonlarda belə cixir Erməni qosunu qalır?

Əyyar 2020-11-10 14:09:36

Bu qurumsaqlar qoy gəleydi Qarabağa, onda bilərdilər türkün zərbi-dəstin... Axı onlar türkün zopasını görməyiblər, ağızları isti yerdə olub. Elə bilirlər Qarabağ yuxa arasında halvadır... Ay siz öləsiz! Ay sizin canuzçun!

Məhfumi Məğzi 2020-11-10 04:16:17

Azərbaycan 1918ci ildən mövcud öz ərazisini yadelli işğalından müdafiə edir! Bunun Ermənistana nə dəxli?

t.ədalət 2020-11-10 04:02:45

Bəyanatdan sonra ermənistanda yaranmış bu hay-küy də Putinin senarisidir.Yaranmış vəziyyətdən istifadə edib rəqibi Paşinyanla şəxsi ədavətini davam etdirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol