Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov bu gün Rusiyanın Azərbaycandakı səfirliyində olublar.
APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.
X. Xələfov və R. Tahirov Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin Naxçıvan istiqamətində vurulması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı veriblər.


Şərhlər
ruslar hər gün rusiyada, küçələrdə 5-6 azərbaycanlı öldürür və heç vecinə də almır... 2 dənə sarıqulağ ölüb, yer üzündə böyük itki olub. Gərək baş nazir ya bir az da yuxarı gedərdi ( 3-7 sinə gedərlər)...