İslam Dövləti” (İŞİD) terror təşkilatı İraq səmasında ABŞ pilotsuz təyyarəsinin vurulmasını əks etdirən video yayıb.
Bu barədə SalamNews Təşkilatın "Twitter" səhifəsinə istinadla xəbər verir.
Videolentdən göründüyü kimi, vurulan təyyarə pilotsuz kəşfiyyat təyyarəsidir.
Məlumata əsasən, təyyarə İraqın əl-Ənbar əyaləti ərazisində vurulub.
Bildirək ki, İŞİD silahlıları ötən gün Beyci şəhərində İraq ordusuna məxsus bir helikopteri də vuraraq yerə salıblar.


Şərhlər