Menu

Putin xaricdən MDB ölkələrinin işinə qarşımamağı tələb edir

11.11.2020, 11:54
Putin xaricdən MDB ölkələrinin işinə qarşımamağı tələb edir

Rusiya prezidenti Vladimir Putin deyib ki, Belarus, Qırğızıstan və Moldova üzərinə xaricdən təzyiq cəhdləri qeyri-məqbuldur. Noyabrın 10-da Şanxay Əməkdaşlıq Təşkilatının internet üstündən keçirilən sammitində Putin deyib Belarus hazırda xarici qüvvələrin təzyiqi altındadır.

Belarusda avqustun 9-da keçirilmiş prezident seçkisində ölkəyə 26 ildir ki, rəhbərlik edən Aleksandr Lukaşenkonun 6-cı dəfə prezident seçilməsi kütləvi etiraz nümayişlərinə səbəb olub.

Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını bildirir. Avropa İttifaqı və ABŞ Lukaşenkanı legitim prezident hesab etmədiyini bildirib.Bu qarşıdurmada Moskva birmənalı şəkildə Lukaşenkonu dəstəkləyir: "Öz ölkələrində keçirilmiş prezident seçkisndən sonra Belarus dostlarımız onlara qarşı informasiya və təbliğat vasitəsilə həyata keçirilən misilsiz təzyiqə, sanksiyalara və təxribatlara məruz qalıblar. Halbuki Belarus xalqı öz problemlərini özü, həm də heç kimin müdaxiləsi olmadan çözməlidir”.

Lukaşenko özünə qarşı aksiyaların arxasında Qərbin dayandığını iddia edir. Putin deyib ki, daha iki keçmiş sovet respublikası – Qırğızıstan və Moldova da xarici təzyiqə məruz qalıblar.

Qırğızıstanda parlament seçkilərinin nəticələrinə kütləvi etirazlar ötən ay hökumətin və parlament spikerinin devrilməsi, siyasi böhran və prezident Sooronbay Jeenbekovun istefası ilə nəticələnib.

Moldovada avropayönlü prezidentliyə namizəd Maya Sandunun birinci dövrədə gözlənilməz qələbəsi onu moskvayönlü prezident İqor Dodona rəqib edib. Putin bunu da bildirib ki, Moskvanın vasitəçiliyi ilə Dağlıq Qarabağda əldə olunmuş atəşkəs Ermənistan və Azərbaycan arasında sülhə, habelə Cənubi Qafqazda stabilliyə yol açacaq. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol