Menu

Xocavəndin Polis şöbəsi Hadruta yerləşdirilib

11.11.2020, 16:12
Xocavəndin Polis şöbəsi Hadruta yerləşdirilib

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Xocavənd rayon Polis Şöbəsi Müzaəffər Ordumuz tərəfindən azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib”.

Bu barədə “Report”a Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov məlumat verib.

O bildirib ki, fərmanda Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb: “Daxili işlər naziri tərəfindən də Xocavənd rayon Polis şöbəsinin rəisi ərazinin komendantı təyin olunub”.

Şərhlər

Nika 2020-11-11 17:30:08

Niye Hadruda kochurulub?niye Xocevendde qalmayib?Xocevendde azerbaycanlilar yashamayacaq?

OXUCU 2020-11-11 16:32:56

xahiş edirik ki,Hadrut yazanda heç olmasa mötərizədə əsl adını yazın,yəni doğma Azərbaycan adı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol