Menu

"Qəhrəman döyüşçülərimiz daim nəzarətim altında olacaqlar" - İlham Əliyev

11.11.2020, 17:11
"Qəhrəman döyüşçülərimiz daim nəzarətim altında olacaqlar" - İlham Əliyev

"Bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.

"Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - dövlət başçısı qeyd edib.

Şərhlər

t.ədalət 2020-11-11 20:59:58

Cənab Prezident!Sizin müh.əlilləri və Şəhid ailələrinə göstərdiyiniz böyük qayğını Dövlət Sosial Müd.Fondu şəxsi gəlir mənbəyinə çevirib.Verilən mənzillər Abşeronun uzaq guşələrində tikilən,alıcısı olmayan binalardan ayrılır.MTK-lardan şəxsi maraqları müqabilində ev alan,yəni evtikmə kooperativləri ilə gizli anlaşma qurub tamamilə şəhərdən aralı yerlərdə mənzil götürürlər.Şəxsi maraq müqabilində növbələr saxtalaşdırılır,istədikləri adamlara şəhərdə,istəmədiklərinə isə qurudulmuş bataqlıqlarda tikilən binadan mənzil verirlər.Xəstə adamlar müalicə dalınca şəhərə gəlib-gedə bilmirlər.Himalay Məmişov haqqında tədbir görülsə bu özbaşnalığa son qoyular.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol