Menu

Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu

11.11.2020, 19:35
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu

Yerevanda etiraz aksiyası keçirən erməni müxalifəti baş nazir Nikol Paşinyana ultimatum verib.

Bu barədə Rusiyanın “Vzqlyad” nəşri məlumat yayıb.

“Biz Paşinyanın 00:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz 00:00-a qədər gözləyəcəyik, əgər istefa olmasa, gecəyarısından sonra mətbuat konfransı çağıracağıq və gələcək addımlarımızı təqdim edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, - deyə “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

Şərhlər

t.ədalət 2020-11-12 10:19:04

Biz Paşinyanın hesabına Dağlıq Qarabağımızı geri aldıq.Bu adam müharibəni başlatmasaydı,Allah bilir torpaqlarımız nə vaxta kimi işğal altında qalacaqdı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol