HİKMƏT HACIYEVDƏN BÜLBÜLOĞLUNA SƏRT CAVAB - "Özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər"

Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Həmçinin, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

635x100

Şərhlər

Amir Şahquluyev 2020-11-13 21:55:53

Bəlkə, artıq təcrübəli Leyla xanımı Fövqəladə Səfir təyin etmək gərəkdi?

t.ədalət 2020-11-13 14:36:26

Polada sərt cavab yox,dərhal vəzifəsindən azad etmək lazımdır.

Cavan 2020-11-13 14:27:31

Hikmət Hacıyev kimi qeyrətli,savadlı,məmurlarımız nə olydı çox olaydı.Yoxsa bütün yük tək cənab Prezdentin üstünə düşür.Polad haqqında heç danışmağa dəyməz.Ermənilər bizə etmədikləri pislik qalmayıb adı Polad olan şəxs onlara muxtariyyət tələb edir.Sən kimsən axı cənab Prezdentin əlehinə çıxırsan?Yəqin qan çəkir.Təcili istefa ver millətin canı sizin kimi qanı bulaşıqlardan qurtarsın.

OXUCU 2020-11-13 12:58:29

Bu adam qocalıb Yəni Azərbaycan diplomatiyasında bir nəfər tapılmırmi ki 76 yaşlı Polad Bülbüloğlunu əvəz etsin.Ağızdan çıxan hər söz hər şeyi alt üst edə bilər.

Cəmşid Dərələyəzli 2020-11-13 11:32:02

Bu gün Azərbaycan çox böyük bir sınaqdan keçir. Özü də hərb səhəsində . Bəlkə də son üç yüz ildə olmayan bir sınaqdan. Belə bir zamanda bütün ölkə vətəndaşlarının həmrəyliyi və bir yumuruq kimi birləşməsi qürurludur və şərəflidir. Lakin təssüf ki, Azərbaycanda bəzi görəv sahələrində yer tutan Polad Bülbüloğlu kimi 5-ci kolona meyilli adamlar hələ də iş başındadırlar. Umarıq 2021-ci ilə kimi ölkə vətən müharibəsindən toparlanar və Ölkə Başçısı yarım qalan islahatlara yenidən irəvanc verər. İlk növbədə idarəetmədə Sistem dəyişikliyinə gedilməlidir. Bunun üçün, yaxşı olardı Cənab Prezident Parlamenti buraxıb, konistutsiyada müəyyən dəyişiliklər edib, yeni seçgilərə və refenduma gedilməsi barədə serencam imzalardı. Bununla da ölkə bütün sahələrdə vətən müharibəsində köhləndiyi milli ruhla qarşıya qoyulan hədəflərə doğru yol alardı. Bununla da bütün sahələrdə, o cümlədən də YENİ Azərbaycan Partiyasının icra aparatındı uzun illərdir kök salmış Polad Bülübüloğlu kimi “düşüncə sahibləri” hakimiyyət qollarından uzaqlaşddırılmalı, cəna Prezident kimi milli və vətənpərvər kadrlar görəvə gətirilməlidirlər. İnçallah!

Amon 2020-11-13 10:13:00

Hamiya melumdur ki polad bulbuloglu rusiyanin adamidi.o rusiyanin telimatiyla bele bir musahibe verib ozde bilerekden ancaq cenab prezident qeyd etdi artiq hec bir status ve ya muxtariyyatdan sohbet bele gede bilmez.bele bir hessas meqamda bilerekden bele bir ifade isletdiyi ucun tecili olaraq polad bulbuloglu geri cagirilmalidi yerine vetensever bir sefir teyin edilmelidi

Cəmşid Dərələyəzli 2020-11-13 09:52:51

Ölkə başçısı inşəAllah Polad kimi haddini bilməz məmurları tutduğu postlardan uzaqlaşdırmalıdır. Tək polad deyil. Müharibədən əvvəl bu hakimiyyətin gedəcəyini xəyal edib gün sayan məmurların artıq limitləri bitdi.

Şaiq 2020-11-13 09:44:24

Mədəniyyət işçisindən diplomat olmaz.....!!!

Haqqı deyən 2020-11-13 09:41:20

Niyıə rusiyada olan səfiri saxlamısınız?. Qovun getsin, bəlkə ağlı başına gələr. Bu adam Vəzirovdan bu yana atasının adından istifadə edib işləyir. Göndərin getsin "Dolalay"ın oxusun. Cənab Prezidentimiz demişkən "düşük".

ejder 2020-11-13 09:37:36

BUL BUL OQLU GET ,,DOLALYBU OXU,,

Son yazılar