Menu

"Polad Bülbüloğlu kimilər özləri istefa verməlidirlər" - Vahid Əhmədov

13.11.2020, 12:46
"Polad Bülbüloğlu kimilər özləri istefa verməlidirlər" - Vahid Əhmədov

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib ki, belə insalar artıq Azərbaycan siyasətində qala bilməzlər:

"Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır".

Şərhlər

X 2020-11-13 15:42:08

Kelenteryanin sanki diktesi ile danisirdi. Menim qulaqlarim bunu esidib yox oldu

t.ədalət 2020-11-13 14:14:23

.....Poladdan Azərbvaycan dövlətinin xeyrinə nəsə gözləmək Kalantaryandan gözləmək kimi bir şeydir.ermənilər üçün kalantaryan nədirsə,polad da odur.

TARIX 2020-11-13 14:01:04

POLADDA ERMƏNİ QANI OYANIB ONA GÖRƏ BELƏ DANIŞIR.VAHİD MÜƏLLİM BELƏ DÜŞÜNCƏ SAHİBLƏRİ HEC VAXT AZƏRBAYCANA XİDMƏT ETMƏYİBLƏR.MÖHTƏRƏM PREZİDENTİMİZ TEZLİKLƏ İNŞALLAH BELƏLƏRİNİ LAZIMI YERƏ GÖNDƏRƏCƏK.

Azərbaycanlı 2020-11-13 13:43:43

Hörmətli Vahid müəllim belə insanlar heç vaxtı istefa verməzlər.Bunları sizlər istefaya çağırmalısız..Bu adam nə nanışdığının fərqində deyi.İstəyir ki bircə onun üçün hər şey yaxşı olsun.bu adamın 76 yaşı var.bu yaşda insanlar keçmişindən ayrılmaq istəmirlər.bu adam haqqında həmişə mənfi fikirdəyik.Dəvət edin bu insanı istefaya,çıxsın getsin öz işi ilə məşğul olsun.Xalqa ondan heç bir xeyiri yoxrur.

Cəmşid Dərələyəzli 2020-11-13 13:31:32

Bu gün Azərbaycan çox böyük bir sınaqdan keçir. Özü də hərb səhəsində . Bəlkə də son üç yüz ildə olmayan bir sınaqdan. Belə bir zamanda bütün ölkə vətəndaşlarının həmrəyliyi və bir yumuruq kimi birləşməsi qürurludur və şərəflidir. Lakin təssüf ki, Azərbaycanda bəzi görəv sahələrində yer tutan Polad Bülbüloğlu kimi 5-ci kolona meyilli adamlar hələ də iş başındadırlar. Umarıq 2021-ci ilə kimi ölkə vətən müharibəsindən toparlanar və Ölkə Başçısı yarım qalan islahatlara yenidən irəvanc verər. İlk növbədə idarəetmədə Sistem dəyişikliyinə gedilməlidir. Bunun üçün, yaxşı olardı Cənab Prezident yeni ildən Parlamenti buraxıb, konistutsiyada müəyyən dəyişiliklər edib, yeni seçgilərə və refenduma gedilməsi barədə serencam imzalardı. Bununla da ölkə bütün sahələrdə vətən müharibəsində köhləndiyi milli ruhla, qarşıya qoyulan hədəflərə doğru yol alardı. Bununla da bütün sahələrdə, o cümlədən də YENİ Azərbaycan Partiyasının icra aparatındı uzun illərdir kök salmış Polad Bülübüloğlu kimi “düşüncə sahibləri” hakimiyyət qollarından uzaqlaşddırılmalı, cənab Prezident kimi milli və vətənpərvər kadrlar görəvə gətirilməlidirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol