DİPLOMATIN DİLETANT AÇIQLAMALARI... – Və ya Polad Bülbüloğlu kimə xidmət edir?

Kosmopolit, öz millətinə yuxarıdan aşağı baxan, özünü əcnəbi mədəniyyətlərin daşıyıcısı hesab edənlər vəzifədə saxlanılmamalıdır!

Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu hazırki həssas situasiyada elə ciddi səhvlərə yol verdi ki, Prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev onu təkzib etmək və qınamaq zorunda qaldı.

Səfirin RBK telekanalına müsahibəsində Türkiyənin Qarabağda sülhməramlı əməliyyatında iştirakı, Naxçıvanla sərhəddə vurulan Rusiya hərbi vertolyotu barədə dedikləri Azərbaycanın mövqeyi ilə kəskin ziddiyət təşkil edir.

"Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq. Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir. Qarabağda kontingentinin olmasına ehtiyac yoxdur" – deyən Bülbüloğlunun Rusiyanın maraqları ilə üst-üstə düşən arzularını reallıq kimi təqdim etməsi əlbəttə, qəbuledilməzdir.

Hazırda Rusiya, Türkiyə və Azərbaycan arasında Qarabağ bölgəsində yerləşdiriləcək sülhməramlı kontingentlə bağlı ciddi müzakirələr gedir. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar prosesin başa çatmadığını və Türkiyənin orada aktiv iştirak edəcəyini bəyan edib.

"Türkiyə orda hardadır? Türkiyə işin dibindədir, həm masada, həm də ərazidədir. Orada hər hansı bir “oldu-bitdi”dən söhbət gedə bilməz.

Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir. Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur. Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harada dayanacaq, kim nə edəcək bunlardan danışılacaq” - deyə Akar bəyan edib.

Göründüyü kimi, Azərbaycanın Moskvadakı səfirinin dedikləri gerçəkliyi əks etdirmir və indiki məqamda belə yersiz ifadələrin işlədilməsi prosesə ciddi zərbə vurur.

P. Bülbüloğlunun Naxçıvanla sərhəddə Rusiya hərbi vertolyotunun vurulması ilə bağlı dedikləri isə ümumiyyətlə qəbulolunmazdır. Diplomat müharibə situasiyasında belə hadislərin adi hal olduğunu ifadə edib. Halbuki Azərbaycanın çevik reaksiyası olmasyadı, bu hadisə iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilərdi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Polad Bülbüloğlunun fikirlərini yersiz adlandıraraq, dövlətin mövqeyini ifadə edib: "Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir".

Polad Bülbüloğlu daha uzağa gedərək, ölkə prezidentinin dəfəlrələ vurğuladığı və göstərdiyi "qırmızı xətti" də tapdalamağa cürət göstərib.

Bildirib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə mədəni muxtariyyət verməyə hazırdı. Halbu ki, dövlət başçısı dəfələrlə bildirib ki, status, muxtariyyət məsələləri bitib. Heç bir muxtariyyətdan söhbət gedə bilməz.

Hikmət Hacıyev də səfiri tənqid edərək onun məsələnin mahiyyətinə varmadan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədiklərini qəbuledilməz adlandırıb: "Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

Deputat Vahid Əhmədov isə Bülbüloğlunu qınayaraq onu istefa verməyə çağırıb: "Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir.

Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir. Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır".

Prezidentin köməkçisinin dedikləri Azərbaycan Xarici İşlər Nazirliyi sistemində ciddi problemlərin qaldığından xəbər verir. Bu ilin yayında Prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edərkən, qurumun fəaliyyətində ciddi çatışmazlıqların mövcud olduğunu demişdi.

Dövlət başçısının bəzi diplomatların dövlətə xəyanət etməsi barədə dedikləri isə ciddi rezonans doğurmuşdu: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik".

Prezidentin çıxışından sonra Dövlət Təhlükəsizliyi Xidməti XİN-də əməliyyat keçirdi və nazirliyin yüksək vəzifəli şəxslərini həbs etdi. İstintaqla müəyyən olmuşdu ki, xarici siyasət idarəsi rüşvət, korrupsiya və s. neqativ halların girdabına çevrilib.

Ancaq Polad Bülbüloğlu kimi çoxillik səfrilərin hələ də postlarında qalması mənfi fəsadlarını verməkdə davam edir. O, 14 ildir Azərbaycanı Rusiyada təmsil edir.

Bu, kifayət qədər uzun müddətdir. Bəzi diplomatlarımız da bir ölkədə belə uzunmüddətli karyeraya sahibdirlər.

Beynəlxalq təcrübəyə görə səfirlər maksimum 5 ildən bir rotasiya edilir, yenilənir. Çünki bir ölkədə uzun müddət işləmək istər-istəməz həmin dövlətin siyasi elitası ilə özəl münasibətlərin qurulmasına, korrupsiyaya və s. mənfi hallara yol açır. Necə ki, Polad Bülbüloğlu Vahid Əhmədovun dili ilə desək, Sergey Lavrov kimi danışır.

Yəqin ki, Azərbaycanda belə təcrübələrə son qoyulacaq, dövlətin xarici siyasəti peşəkarlara, dövlətə, xalqa bağlı kadrlara etibar olunacaq.

Daha əvvəlki zaman deyil, 6 həftəlik Vətən müharibəsi dövlətin qarşısında yeni çağırışlar qoyub. Sovet məktəbinin yetirmələri olan kosmopolit, öz millətinə yuxarıdan aşağı baxan, özünü əcnəbi mədəniyyətlərin daşıyıcısı hesab edənlərlə birdəfəlik qurtarmaq vaxtıdır.

Elçin Rüstəmli

AzPolitika.info

635x100

Şərhlər

İ.Mustafaoğlu 2020-11-19 19:28:44

polad Bülbüloğlu kimiləri vəzifədə yəqinki çoxdur.... ? Azərbaycanımızın inkişafı naminə ermənistandan gəlib vəzifə sahibi olanlar, orada ali təhsil alanların, mühüm vəzifə sahibi olanların kimliyi ilkin sənədlər əsasında araşdırılmalıdır ,çünki bu çox vacib bir məsələdir... Vəzifə sahibi olan elə məmurlarımız varki, onlar vətəndaşın müraciətinə belə baxmayırlar,süründürməçiliyə şərait yaradırlar, vətəndaşı dövlətdən narazı salmağa rəvac verirlər...Birinci növbədə onları araşdırmaq üçün PA-nın ünvanına bir məmurdan, bir nazirlikdən dəfələrlə şikayət olunursa,onun şikayətinə baxılmırsa deməli onun kökü başqadır....Bütün Nazirlik, Komitələr, İcra Hakimiyyətlərində vəzifə tutanların kimliyi araşdırılmalıdır və Qohumbazlığa,dostbaşlığa yol verilməməlidir..Vətəndaşın müraciətinə. şikayətinə qanuni qaydada baxmayan məmurlar haqqında ciddi cəza tədbirləri görülməli və görülmüş tədbirlərdən başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər...

İ.Mustafaoğlu 2020-11-19 19:28:44

polad Bülbüloğlu kimiləri vəzifədə yəqinki çoxdur.... ? Azərbaycanımızın inkişafı naminə ermənistandan gəlib vəzifə sahibi olanlar, orada ali təhsil alanların, mühüm vəzifə sahibi olanların kimliyi ilkin sənədlər əsasında araşdırılmalıdır ,çünki bu çox vacib bir məsələdir... Vəzifə sahibi olan elə məmurlarımız varki, onlar vətəndaşın müraciətinə belə baxmayırlar,süründürməçiliyə şərait yaradırlar, vətəndaşı dövlətdən narazı salmağa rəvac verirlər...Birinci növbədə onları araşdırmaq üçün PA-nın ünvanına bir məmurdan, bir nazirlikdən dəfələrlə şikayət olunursa,onun şikayətinə baxılmırsa deməli onun kökü başqadır....Bütün Nazirlik, Komitələr, İcra Hakimiyyətlərində vəzifə tutanların kimliyi araşdırılmalıdır və Qohumbazlığa,dostbaşlığa yol verilməməlidir..Vətəndaşın müraciətinə. şikayətinə qanuni qaydada baxmayan məmurlar haqqında ciddi cəza tədbirləri görülməli və görülmüş tədbirlərdən başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər...

t.ədalət 2020-11-15 19:52:04

VÜQARA:Polad Bülbüloğlunun anası təmiz ermənidir-Edelya.Gürcüstanda doğulub.Siz onun gürcülərlə qan qohumluğunu hardan tapıbsınız?Bülbül Edelyanın ikinci əridir.

Vətəndaş 2020-11-14 21:00:40

Polad vertolyot vurulanda deyib ki müharibədir hər şey ola bilə.Günah pilotlarda olub aşağıdan hərəkəedib və sərhədə yaxın uçub. Bu da rusları qəzəbləndirib ...

vuqar 2020-11-14 17:21:34

Men Polad Bülbüloğlunun DOVLETCİLİYİ size Qarasu semimiyyetine inaniram o ki qaldı fikirlerine nezere almaq lazimdirki o diplomat olmaya-olmaya o vezifeye təyinat alıb!Digər terefden ermeni ve GURCU menbelerinde defelerle melümatlar gedibki onun soykokunde GURCU qanı var!

Cəmşid Dərələyəzli 2020-11-14 09:36:40

Onsuz da Rusiya psixologiyası ilə yüklənmiş Polad kimi adamlar heç bir zaman nə millətə, nə də dövlətə xidçmət etməyiblər. İllərdir Rusiyadakı həmvətənlilərimizin birinin dərdinə dərman olmayıb. İnşallah cənab Prezident uzağı gələn ilə belələrini tamamilə süpürüb atacaq.

Agasef Qedirov 2020-11-14 07:38:30

Sstqin olmagi inandirici deyil yeqin bilmeden buraxilan sehvdir

Ramin 2020-11-13 22:41:52

Allah ölüm versin ona. Nə üznən şuşaya gələcək.

Kaku 2020-11-13 22:36:31

Esitmedin bulbulun oglu getdi status, gorbagor oldu status, cehenneme getdi VPN, gorbagor oldu VPN, Qarabag azaddi, internet azaddi, yasasin Qarabag, yasasin internet.cehennem olsun satqin xain lavrovun tapsirigini icra eden serefsizler

Huseyn HUSEYNOV 2020-11-13 21:59:40

Polad Bulbuloglunun pensiya yasi coxdan catib Gedib /Dilim can incidendir? mahnisin oxusun

issa 2020-11-13 21:54:18

abiri olsa özü gedər

Əhli Gürcü 2020-11-13 21:50:01

2016nın Aprelindən bir az sonra V.Putin suala cavab olaraq Qarabağ münaqişəsinə qarışmayacaqlarını bildirmişdi. Az sonra S.Lavrov Qarabağ münaqişəsinin həllinin Rusiyanın "Qərbə" qoyduğu şərtlərdən asılı olduğunu bildirdi? Elə o zaman P.Bülbü oğlunun yerinə Moskva öz namizədini yeridirdi? Təbii ki, nə o, nə digər səfirliklərə ermənilər özlərini təyin edib, saxlamırlar?

OXUCU 2020-11-13 20:37:06

Belə bir çətin gündə Polad Bülbüloğlunun nazı ilə oynamaq yetər.Getsin o məşhür bir mahnısı var ey lalalay-lalalay oxusun.Hörmətli Cənab Prizidentimiz hər şeyi çox əla bilir,biz bunu bir daha 44 günlük müharibədə gördük.hər kəsi öz layıq olduğu yerdə otuzduracaq.

Rəhim 2020-11-13 19:55:40

Manısdan diplomant qoyanda bunu düşünmək lazım idi.

Azərbaycanlı 2020-11-13 19:18:54

Bu adam qocalıb,Qoca 76 yaşlı bir insanın cavan yaşında heç nə edə bilməyibsə indidən conra edə bilməz.İstefaya məcbur etmək vəssalam.

semed 2020-11-13 18:29:55

ALI BAS KOMANDAN XALQA muracietinde dedi ki cehenneme getdi status.polad bulbuloqlu adini qesden kicik herflerle yaziram muxtariyyatdan danisir gorunur bu adam yerinde deyil koronovirus baslayanda da orda hemyerlilerimize qarsi artiq herekete yol vermisdi

Adam 2020-11-13 18:23:01

Maraqlidir, hekimi , muellimi 65 yash olan kimi, telem-telesik teqaude yola salirlar. Seferler ise, 80 yashdada ishleye biler. Mentiq var.? Yox

Pisi 2020-11-13 18:11:00

Bu adam bizi insanimizi evvelden sevmeyib bir ses yazisi vardi ordan melum idi ki xalqin artisti xalqini alcaldir.artiq vetensever memurlara ehtiyacimiz var ramiz mehdiyev necmeddin sadiqov rovsen ekberov polad bulbuloglu kimi insanlar bu xalqi bir daha aşağılamagina izn vermeyin

S.Ənvərqızı 2020-11-13 17:45:57

Dövləti vəzifələrdə olanların kimliyi,kimlərə xidmət etmələri DTX tərəfindən araşdırılma aparılmalı,dövlətimizə və xalqımıza xəyanət edənləri üzə çıxararaq cəzalandırmalıdırlar.....Necə ki, Polad Bülbüloğlu kimiləri özünə layiq olduğu cəzasını almalıdır, başqalarıda görülən cəzadan,özləri üçün ibrət dərsi götürməlidir...Məmurlar kimə xidmət etməlidirlər:- dövlətimizə və xalqımıza. Bir məmur ki, vətəndaşın müraciətinə biganə yanaşırsa, müraciətinə qanunsuz cavab verirsə, deməli həmin məmur dövlətinə sadaqətlə xidmət etmir, vətəndaşı dövlətdən narazı salmağa çalışır.. Ona görədə dövlətinə və xalqına xidmət etməyən məmurların iş fəaliyyyətləri araşdırılmalı və onların iş fəaliyyətlərinə hüquqi qiymət verilməlidir. Çünki məmurlar cənab Prezidentimizin dediyi kimi xalqımıza xidmət etməlidir, ancaq əfsuslar olsun ki, uzun müddət ilkin sənədlər əsasında müraciətlər etməyimə baxmayaraq Rabitə Nazirliyi tərəfindən qanunsuz cavab verilir, aidiyyatı qurumlarda Rabitə Nazirliyinin qanunsuz əməllərinə göz yumurlar...? Azərbaycanımızın inkişafı naminə cənab Prezidentimizin ətrafında sıx birləşməliyik, dövlətimizə xəyanət edən məmurları üzə çıxararaq, təmizləmə işəri aparılmalıdır...

Eldəniz 2020-11-13 17:38:23

Polad Bülbüloğlu diplomat olmayıb o mədəniyyət xadimi kimi uzun müddət vəzifə sahibi olub...

OQTAY 2020-11-13 17:12:46

Derhal istefa vermelidir

Altun Ahmed 2020-11-13 16:54:57

Pensiyaya yola salmaq lazim

Deputat 2020-11-13 16:48:14

Poladdan bir səfir kimi xoşum gəlmir...

ejder 2020-11-13 16:41:37

AYE ONA ..WEREF,,ORDENI VERILMELIDI,LUKAWENKO CANI.MALADES ELDARA

Azer 2020-11-13 16:32:01

Bunun taylari mermerden baxir, buna 1 musuqi mektebi vermek lazimdir getsin basini qatsin

Nazim 2020-11-13 16:25:54

Ramiz mehdiyevin adamindan bawqa ne gozlemek olar...

Son yazılar