Menu

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN RƏİSİ İŞDƏN ÇIXARILDI - Başqa vəzifəyə təyinat aldı

14.11.2020, 13:36
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN RƏİSİ İŞDƏN ÇIXARILDI - Başqa vəzifəyə təyinat aldı

Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol