"BU MƏSƏLƏDƏ GÜZƏŞTƏ GETMƏYƏ İMKAN VERMƏYƏCƏYİK!" - Türkiyə Milli Müdafiə Nazirliyindən qərarlı açıqlama + VİDEO

Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalanıb. Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı imzalanan memorandumun tətbiq olunmasına dair metod və əsasların razılaşdırılması üçün Rusiya Federasiyası ilə müzakirələr davam edir.

Heyətlər arasındakı ilk iclas noyabrın 13-də Milli Müdafiə Nazirliyində gerçəkləşib. Bu gün də toplantılar davam ediləcək.

İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini çox yaxından izləyəcəyimizi,  hər hansı güzəştə getməyə iman verməyəcəyimizi, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, qədəri qədərimizdir”, - nazirliyin bəyanatında qeyd olunub.

635x100

Şərhlər

Rovşən 2020-11-15 19:05:27

Əziz turk qardaşlarımız bizə hər cür yardımcı oldunuz.Allah yar və yardımcınız olsun.Dünyada böyük dövlətlər sizdən cox şey öyrənməlidirlər.

Kələntər 2020-11-15 14:00:46

YAŞA T Ü R K İ Y Ə ! ! !

Qenri 2020-11-15 07:56:45

Fazil bey tam raziyam.....

Kaku 2020-11-15 00:46:31

Rus sulhmeramlilari qarabagimiza girenden sonra 5 ci kolonun oyunculari da aktivlesib meselen rasim musabeyov bulbulun oglu zahid oruc.rus sulhmeramlilari haqda kimse musbet fikir seslendirirse bilin ki bizden deyil

MirHuseyin Vidadi 2020-11-14 23:35:38

Dunyani Viran qoyan,Torpaqlarimizi İwgal eden....,"bu murdar hayfawistlerin hamisini MUTLEQ VE MUTLEQ MEHV ETMEK LAZİMDİR Kİ,BEWERİYET Ve ONUN BENDELERİ RAHAT YAWASİNLAR!!!!!Cunki,"bu murdar hayfawistler "......" Dunya Agaligi ugrunda"..…Muharibe Aparirlar!?!?!?,,..,Dunyani Viran qoyan,...200 ildir....,Butov Azerbaycani dord Yere parcalayib ,İwgal Eden....rusiyanlarin ....hayfawistlerin "hamisi Derhal Xankendinden,Azerbaycandan REDD OLSUNLAR!!!!!!!!¡!

OQTAY 2020-11-14 22:28:42

Allah,Boyuk Imanli Turku Qorusun!!!

Xalq 2020-11-14 19:32:42

Postlarda mütləq Türk və Azərbaycanlı əskərlər də olmalıdır, bunu tələb edirik!

Fazil 2020-11-14 17:03:09

Əgər ermənilər Qarabağda Azərbaycan pasportu ilə azərbaycan vətəndaşı kimi yaşayacaqlarsa o zaman Laçın koridoruna nə ehtiyac var? Onlar Azərbaycan vətəndaşı kimi istədikləri yollarla istədikləri ölkəyə gedib gələ bilər.Ermənistan respublikası vətəndaşları da müvafiq qaydalarla Azərbaycana ,o cümlədən Qarabağa gəlib gedə bilər.O zaman Laçın koridorunun mənası nədir?Bunu bir düşünən varmı?

Qarabag Azerbaycandir! 2020-11-14 16:10:44

Yaaaaa siz ne gozel dost, ne gozel qardassiniz. Allah yar Ve yardimcimiz olsun. Qardasligimiz daim olsun. Amin

Son yazılar