Menu

Ermənilər gecə boyu da Kəlbəcərdən çıxıblar - Daşınması mümkün olan hər şeyi aparıblar + VİDEO

15.11.2020, 11:50
Ermənilər gecə boyu da  Kəlbəcərdən çıxıblar - Daşınması mümkün olan hər şeyi aparıblar + VİDEO

Saat 22:00 radələrində və daha sonra yüzlərlə avtomobil hələ də Kəlbəcərin yaşayış məntəqələrindən çıxıb.

“Sputnik Ermənistan”ın müxbirləri Kəlbəcər və İrəvan-Xankəndi magistral yolunun kəsişməsində (Vardenis yolu ilə) görüntüləri lentə alıblar.

Qeyd edilir ki, Kəlbəcərdə olan sakinlərə saat 00:00-dan əvvəl ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.

Onlar aparılması mümkün olan hər şeyi - mebel, tikinti materialları, heyvanlar, avtomobillər və başqa şeyləri aparıblar.

Qarabağla əlaqəli bağlanan üçtərəfli müqaviləyə görə, Kəlbəcər rayonu Azərbaycana təhvil verilməli olan rayonlardan birincisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol